Mayın 4-də Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin dəstəyi ilə Niyazinin mənzil-muzeyində görkəmli rus bəstəkarı, pianoçu, dirijor, pedaqoq, Rusiyanın Xalq artisti Sergey Prokofyevin (1891-1953) 125 illiyinə həsr olunmuş tədbir keçirilib.
Musiqi Mədəniyyəti Muzeyinin şöbə müdiri Xanım Abdinova tədbiri açaraq musiqiçinin həyat və yaradıcılığı haqqında məlumat verib. Qeyd edib ki, S.Prokofyev istər Rusiyada, istərsə də dünyada klassik musiqinin inkişafına böyük töhfələr verib, əsərləri milyonlarla insanın qəlbini fəth edib.
Vurğulanıb ki, Sergey Prokofyevi Azərbaycan bəstəkarları və musiqiçiləri, xüsusilə dahi bəstəkar Üzeyir Hacıbəyli ilə yaxın dostluq telləri bağlayıb. Hər iki musiqiçi dəfələrlə müxtəlif musiqi konfranslarında birgə iştirak edib, təcrübə mübadiləsi aparıblar. Azərbaycanın Xalq artisti Əfrasiyab Bədəlbəyli öz məqalələrində S.Prokofyevin yaradıcılığını yüksək qiymətləndirib, maestro Niyazi isə rus bəstəkarının əksər əsərlərini repertuarına daxil edib.
Sonra Bakı Musiqi Akademiyasının məzunları və paytaxt musiqi məktəbləri şagirdlərinin ifasında görkəmli rus bəstəkarının “Romeo və Cülyetta”, “Zoluşka”, kimi tanınmış əsərlərindən parçalar səsləndirilib.
Tədbirdə S.Prokofyevin həyat və yaradıcılığına həsr olunan slayd-şou göstərilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar