Azərbaycan təmsilçisi ilk yarımfinalda səhnəyə çıxacaq

İsveçin paytaxtında “Eurovision-2016” mahnı müsabiqəsinə dörd gün qaldı. Bu il 61-ci dəfə gerçəkləşəcək yarışma Stokholmdakı “Globen Arena”da baş tutacaq. Müsabiqənin birinci yarımfinalı mayın 10-da, ikinci yarımfinalı mayın 12-də, finalı isə mayın 14-də keçiriləcək.
Azərbaycanı “Eurovision-2016” mahnı yarışmasında təmsil edən Səmra Rəhimli birinci yarımfinalda səhnəyə çıxacaq. 21 yaşlı müğənni müsabiqədə "Miracle" ("Möcüzə") mahnısını ifa edəcək.
Təmsilçimiz Stokholmda ilk məşqlərini edib. Tərtibatçılar ifaçının səhnə performansını rəngli etməklə tamaşaçının əsas diqqətini onun güclü səsinə və xarici görünüşünə yönəltmək istəyiblər. Onun məşqi xüsusi işıq effektləri ilə müşayiət olunub, səhnədə daha çox qızılı rənglərə üstünlük verilib.









Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar