Mayın 11-də Londonda fəaliyyət göstərən “Azərbaycan evi”nin təşkilatçılığı ilə Amerika Muğam Cəmiyyətinin rəhbəri Cefri (Jefferi) Verbokun muğam konserti keçiriləcək.
40 ildən artıqdır ki, muğam sənəti ilə məşğul olan amerikalı C.Verbok Azərbaycan musiqisinin ABŞ və Avropada təbliğatı sahəsində də bir sıra işlər görüb. Onun London konsertində muğam və digər milli musiqilərimiz ifa olunacaq.
Mayın 9-da isə London Universitetinin Afrika və Şərq Araşdırmaları Məktəbinin (SOAS) “Bruney” qalereyasında Cefri Verbokun müəllifi olduğu “Gənc Səslər, Qədim Nəğmə” adlı sənədli filmin ilk nümayişi keçirilib. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü və dəstəyi ilə çəkilən filmdə Qarabağdan didərgin düşmüş gənc muğam ifaçılarının milli musiqimizə sevdasından və doğma yurda olan həsrətdən bəhs edilir.
Cefri Verbok muğam sənəti ilə 1973-cü ildə maraqlanmağa başlayıb və bunun nəticəsində üç milli Azərbaycan alətində - ud, tar və kamançada ifa etməyi öyrənib. İndi isə o, Avropa, ABŞ, İsraildə ustad dərslərini və valehedici konsertlərini keçirərək muğam musiqisinin incəliklərini izah edir.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar