Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə 2016-cı ilin aprel-may aylarında gənc kamança ifaçılarının Habil Əliyev adına respublika müsabiqəsi keçirilib.
Müsabiqənin əsas məqsədi milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, məşhur kamança ifaçısı Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsi, kamança ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması və dəstəklənməsidir.
Müsabiqə 2 turdan ibarət olmaqla 3 yaş qrupunu əhatə edib. Respublikamızda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri, musiqi və humanitar kolleclər, Bülbül adına orta ixtisas musiqi məktəbindən 150-dək şagird və tələbə müsabiqədə iştirak edib.
Müsabiqənin I turu Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Goranboy və Ağcabədi rayonlarında keçirilib. İlk turda müvəffəqiyyət qazanan 53 şagird və tələbə II tura keçib. II tur Ağdaş şəhər Habil Əliyev adına 1 saylı uşaq musiqi məktəbində təşkil olunub.
İştirakçıların çıxışlarını Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arif Əsədullayev, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə, Abşeron rayon Xırdalan şəhər uşaq musiqi məktəbinin direktoru İkram Manafovdan ibarət münsiflər heyəti qiymətləndirib.
Müsabiqədə uğurla çıxış etmiş şagird və tələbələr, onların müəllim və konsertmeysterləri üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diplom, fəxri fərmanlar və mükafatlar təsis olunub.
Qaliblərin mükafatlandırılması və yekun konserti mayın 25-də Beynəlxalq Muğam Mərkəzində olacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar