Azərbaycanın tanınmış caz ustası Salman Qəmbərov Macarıstan paytaxtının populyar musiqi mərkəzlərindən sayılan “Budapeşt Jazz Club”da konsert proqramı ilə çıxış edib. Musiqiçi Azərbaycanın Macarıstandakı səfirliyinin və bu ölkənin "Jaba" caz qrupunun dəvəti ilə Budapeştə səfər edib.
Konsertdən əvvəl çıxış edən qrupun meneceri Atilla Egerhazi bir neçə il əvvəl Bakı caz festivalında iştiraklarını məmnunluq hissi ilə xatırlayaraq Azərbaycan cazının böyük tarixinin və diqqətəlayiq yaradıcılıq ənənələrinin olduğunu vurğulayıb. O, indiyə qədər ölkəmizin caz ustaları ilə bir sıra birgə layihələrin həyata keçirildiyini və əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.
Xarici diplomatların, yerli ictimaiyyət nümayəndələrinin maraqla izlədikləri konsert Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilib.
İki saatdan çox davam edən konsertin birinci hissəsində Salman Qəmbərov əsasən Azərbaycan xalq musiqilərini və populyar mahnıların caz variasiyalarını ifa edib. Solo çıxış caz həvəskarlarının alqışları ilə qarşılanıb.
İkinci hissədə isə Azərbaycan-macar triosu (Salman Qəmbərov, Silard Banai və Gergo Olah) dünya bəstəkarlarının əsərlərini, habelə ayrı-ayrı klassik caz musiqisi nümunələrini səsləndiriblər.
Macar mətbuatı Salman Qəmbərovun ifa tərzini yüksək qiymətləndirərək onu “intellektual caz”ın mahir ifaçılarından biri adlandırıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar