Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Elvin Xoca Qəniyev gənc yaşında əldə etdiyi çoxsaylı nailiyyətlərin sırasına birini də əlavə edib. O, mayın əvvəlində Rusiyanın Novosibirsk şəhərində keçirilən gənc violin ifaçılarının beynəlxalq müsabiqəsində uğurla çıxış edərək I dərəcəli diploma layiq görülüb.
Elvin Xoca Qəniyev 1997-ci ildə anadan olub. Musiqiyə erkən vaxtlardan böyük marağı olub və kiçik yaşlarından babası, həmin vaxt Türkiyədə fəaliyyət göstərən görkəmli violin ifaçısı, Xalq artisti Sərvər Qəniyevin rəhbərliyi altında sənətin sirlərini öyrənməyə başlayıb.
7 yaşında simfonik orkestr ilə İstanbulda “Albert Lonq Hall”da çıxış edib. 2006-cı ildən etibarən Rusiya, Türkiyə, Polşa, İspaniya, İsveçrə və digər ölkələrdə beynəlxalq müsabiqələrdə uğurla iştirak edib, K.Lipinski, Q.Venyavski, P.İ.Çaykovski, D.Oystrax adına beynəlxalq müsabiqələrin laureatıdır.
2008-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Elvin Xoca Qəniyevin adı gənc istedadların “Qızıl kitabı”na yazılıb və o, xüsusi aylıq təqaüdə layiq görülüb. 2010-cu ildə Roma Papası gənc musiqiçini incəsənət sahəsində uğurlarına görə ordenlə təltif edib.
Dünyanın bir çox məşhur dirijorlarının rəhbərliyi altında nüfuzlu simfonik orkestrlərin müşayiəti ilə konsertlərdə çıxış edən gənc ifaçı İsveçrənin Kalaidos Tətbiqi Elmlər Universitetinin Musiqi bölməsinin I kurs tələbəsidir.









Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar