İspaniyanın Barselona şəhərində keçirilən “Sea Sun” festival-müsabiqəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının II kurs tələbələri Cavid Əzizov və Vüsal Aydəmirov uğurla çıxış ediblər.
13 ölkədən iştirakçıların yarışdığı müsabiqədə instrumental janrda 20-25 yaş qrupu üzrə solo nominasiyada Cavid Əzizov İ.S.Baxın “1-ci cild “f moll” və T.Quliyevin “Qaytağı” əsərlərini ifa edib və I yerə çıxıb. Solo nominasiyasında F.Listin “Ballada N2” və F.Bədəlbəylinin “Dəniz” əsərlərini ifa edən Vüsal Aydəmirov II yerə layiq görülüb. Həmçinin, hər iki təmsilçimiz ansambl nominasiyasında İ.Bramsın “Macar rəqsi N3” və Ü.Hacıbəylinin “Koroğlu” uvertürasını səsləndirərək III yerə çıxıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar