Mayın 14-də Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Sədəf" xalq çalğı alətləri ansamblının konserti keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən konsertdə uşaq və yeniyetmələr muğam, təsnif və rəng, xalq mahnıları, bəstəkar mahnıları ifa ediblər.
Beynəlxalq müsabiqələr laureatı Ayxan Xəlilli, V muğam müsabiqəsinin qalibi Sədəf Budaqova və digər ifaçıların çıxışları alqışlarla qarşılanıb.
Ansamblın bədii rəhbəri Qönçə Mehdiyeva bildirib ki, “Sədəf” xalq çalğı alətləri ansamblında uşaqlar muğamın sirlərini, xalq və bəstəkar mahnılarını öyrənirlər. Ansamblın solistləri müxtəlif beynəlxalq müsabiqə və festivallarda uğur qazanıblar.
Konsertin sonunda balaca ifaçılara gül dəstələri təqdim olunub, xatirə şəkli çəkdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar