Mayın 25-də Fikrət Əmirov adına 6 saylı onbirillik uşaq incəsənət məktəbində Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə ilə görüş keçirildi.

Məktəbin direktoru, bəstəkar, Əməkdar müəllim Adilə Yusifovanın giriş sözündən sonra Nəzəriyyə şöbəsinin müəllimi, musiqişünas Aytən Manafova görkəmli bəstəkarın yaradıcılıq yoluna nəzər saldı.
Bildirdi ki, F.Əlizadə Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan, ölkəmizi beynəlxalq səviyyədə uğurla təmsil edən peşəkar musiqiçidir. Son dövrlər bəstəkarın bir sıra nüfuzlu beynəlxalq layihələrin, o cümlədən “İpək Yolu” musiqi festivalının bədii rəhbəri olduğu, həmçinin istedadlı musiqiçilər yetişdirilməsində rolu, ölkəmizdən xaricdə pedaqoji fəaliyyət göstərdiyi diqqətə çatdırıldı. Firəngiz xanımın əsərlərinin Avropa və Amerikanın məşhur festivallarında səsləndiyi vurğulandı.
Bəstəkarlar İttifaqının Musiqişünaslıq bölməsinin sədri, Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva çıxış edərək bildirdi ki, Firəngiz xanımın yaradıcılığında Qərb və Azərbaycan xalq musiqisi motivləri və müəllifin fərdi üslubu birləşib: “Firəngiz Əlizadənin musiqisi ürəkləri fəth edir. Əsərlərini ifa edərkən biz musiqiçilər bu musiqinin qanadlarında sanki başqa dünyaya uçuruq”.
Çıxışlardan sonra məktəbin şagirdləri bəstəkara maraqlı suallarla müraciət etdilər.
III sinif şagirdi S.Abdullayeva:
- Uşaqlıq illərinizdən maraqlı bir şey danışın.
- Mən uşaq olanda televizor yox idi, musiqini ancaq radiodan dinləyə bilirdik. Dahi Üzeyir bəyin “Leyli və Məcnun”, “Koroğlu” operalarını radiodan dinləmişik. Sonra valideynlərimlə Opera və Balet Teatrına getmişəm. Ü.Hacıbəylinin əsərlərinə, Q.Qarayevin “Yeddi gözəl” baletinə baxmışam.
V sinif şagirdi S.Əhmədova:
- Mən bəstəkar ola bilərəmmi?
- Bəstəkarlıq maraqlı, şöhrətli və çətin sənətdir. Bunun üçün çox oxumaq, çalışmaq və gözəl bir musiqi alətində ifa etməyi öyrənmək lazımdır. Yaxşı musiqiçi olmaq üçün gərək indidən yollar arayarsan. Bizim şəcərəmizdə musiqiçi olmayıb. Ancaq erkən çağlardan bəstəkar olmaq fikrinə düşmüşəm və valideynlərim bu arzuma qarşı çıxmayıblar.
VII sinif şagirdi S.Cəfərova:
- Müəllimlərinizi necə xatırlayırsınız?
- Dahi Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov və başqaları mənim müəllimlərim olub. Onların sənətdə açdığı cığırla irəliləyirik və bu musiqiçiləri unutmaq mümkün deyil.
* * *
Tədbirin bədii hissəsində məktəbin şagirdləri dünya və Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirdilər. Sonda direktor Adilə Yusifova məktəbin kollektivi adından Firəngiz Əlizadəyə təşəkkürünü bildirdi.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar