Mayın 25-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbi şagirdlərinin 28 May - Respublika Gününə həsr edilmiş konserti keçirilib.
Əvvəlcə məktəbin musiqişünas müəllimi Həqiqət Hüseynova Respublika Günü barədə məruzə ilə çıxış edib. Sonra konsert proqramı təqdim olunub.
Proqramda respublika müsabiqələri laureatları İsgəndər Həsənzadə, İslamə Abdullayeva (vokal), beynəlxalq müsabiqələr laureatları Xədicə Mirqulamlı (skripka), Həşim Həşimov (fortepiano), Səbinə və Gülnaz Eldarlı (fortepiano), beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Nəriman Əmiraslanov (fortepiano), Habil Əliyev adına Respublika müsabiqəsinin laureatı Fərhad İbadov (kamança), respublika müsabiqələri laureatları Fərid Məmmədov (tar), Ramin Pələngov (balaban), Kamal Şükürov (tar), respublika və beynəlxalq müsabiqələr laureatı Zəhra Qəhrəmanova (qanun), məktəbin xor kollektivi Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.
Bəstəkarlıq ixtisası üzrə XI sinif şagirdi Arzu Abbasovanın “Bayraq” əsəri səslənib. Respublika müsabiqəsi laureatı Asunda Səlimli (xanəndə) “Qarabağ şikəstəsi”ni ifa edib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin məsul işçiləri, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüqar Zeynalov, Azərbaycan Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi, konservatoriyanın müəllimləri, uşaq musiqi və incəsənət məktəblərinin direktorları iştirak edib. Konsert haqqında təəssüratını bölüşən Milli Konservatoriyanın prorektoru, professor Lalə Hüseynova proqramda Azərbaycan bəstəkarlarının əsərlərinə və muğamlara üstünlük verilməsini xüsusi qeyd edib.
Sonda məktəbin direktoru, Əməkdar müəllim Yusif Vəliyev çıxış edərək Azərbaycan Milli Konservatoriyasının rəhbərliyinə və bütün qonaqlara təşəkkürünü bildirib.
* * *
Leopold və Mstislav Rostropoviçlər adına musiqi məktəbinin Respublika Gününə həsr olunmuş hesabat konserti isə Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşib. Tədbirə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Mədəniyyət və Turizm Nazirliyi Təhsil və gənclərlə iş sektorunun müdiri Lalə Kərimova, paytaxtın uşaq musiqi və incəsənət məktəblərinin direktorları qatılıblar.
Konsertdə istedadlı şagirdlərin ifasında M.Mirzəyev, H.Xanməmmədov, Niyazi, H.Rzayev, A.Prior, A.Lara, E.Lalo, F.Doppler kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
Respublika və beynəlxalq müsabiqələr laureatları olan şagirdlər öz bacarıqlarını müxtəlif musiqi alətlərində uğurla nümayiş etdiriblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar