Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Tofiq Quliyev adına 12 saylı onbirillik musiqi məktəbi Beynəlxalq Muğam Mərkəzində hesabat konserti təqdim edib.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüqar Zeynalov və məktəbin direktoru Gülnarə Səfərova şagirdləri tədris ilinin bitməsi münasibətilə təbrik edərək onlara yaradıcılıqda yeni uğurlar arzulayıblar. Məktəbin direktoru qeyd edib ki, şagirdlər respublika və beynəlxalq müsabiqələrdə uğurla iştirak ediblər. Sonra şagirdlərə idarənin xüsusi diplomları təqdim edilib.
Konsert proqramı məktəbin xor kollektivinin (bədii rəhbər - Leyla Zalıyeva, konsertmeyster - Nərgiz Əliyeva) ifasında R.Hacıyevin “Yaz gəldi” əsəri ilə başlanıb. Sonra beynəlxalq və respublika müsabiqələrinin laureatları Mehin Zalıyeva, Zümrüd Əlizadə, Xanımana Məmmədzadə, Zərqələm Mehdiyeva, Fidan Muxtarova, Ayla Həsənova, Leyla Fərəcova, Rza Xosrovzadə, Natavan Dinikayeva, Ayan Aslanova, Murad İbrahimov və Ayan Məmmədli, həmçinin Fidan Hüseynova, Cahan Məhərrəmova, Mirəli Verdiyev, Aygün Hüseynova, Məryəm Qurbanzadə və skripkaçılar ansamblı (rəhbər - Ofeliya Dexniya) öz ustalıqlarını nümayiş etdiriblər. F.Şubertin, A.Şopenin, F.Əmirovun, S.Rüstəmovun, T.Quliyevin əsərləri, muğamlar ifa olunub.
Konsert xor kollektivinin ifasında M.Maqomayevin “Azərbaycan” əsəri ilə yekunlaşıb.










Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar