Sentyabrın 3-də Dənizkənarı Milli Parkda, açıq səma altında “Barrel Jazz Nights” adlı caz konserti keçiriləcək.
Konsertdə azərbaycanlı və amerikalı musiqiçilər tərəfindən caz-muğam janrında proqram təqdim olunacaq.
Caz musiqisi axşamında tanınmış ifaçılar Rodolfo Perez, Ronen İtzik, İsmael De La Rosa, Ruslan Ağababayev, Şəhriyar İmanov, Kamran Kərimov və Ələfsər Rəhimov çıxış edəcəklər.