Oktyabrın 22-də Heydər Əliyev Sarayında caz musiqisi həvəskarlarına maraqlı konsert proqramı təqdim olunacaq.
Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində reallaşacaq “jAzzeri Bands” musiqi axşamında tanınmış və istedadlı gənc ifaçılar iştirak edəcəklər. Konsertdə Azərbaycan caz musiqisi ilə yanaşı, dünya caz musiqi nömrələrinə də müraciət olunacaq.
Xatırladaq ki, paytaxtımızda ənənəvi caz festivalı bu il oktyabrın 22-dən 30-dək davam edəcək.