İtaliyanın məşhur musiqi qrupu Türkiyədə konsert verəcək

İtaliyanın dünyaca məşhur “Belcanto the Luciano Pavarotti Heritage” musiqi qrupu İstanbulda musiqisevərlərlə görüşə hazırlaşır.
Gənc ifaçılardan ibarət olan qrup dekabrın 17-də “Volkswagen arena”da səhnəyə çıxacaq. 12 müğənni, 7 musiqiçi və 7 rəqqasdan ibarət olan qrup, məşhur musiqi əsərlərini nümayiş etdirəcək. İki gün davam edəcək konsertdə məşhur Neapol mahnıları və “belcanto” üslubunda müasir italyan musiqi kompozisiyaları da təqdim olunacaq.