Bu ilin iyulunda Bakıda, Xəzər dənizi sahilindəki “Sea Breeze” istirahət mərkəzində ilk dəfə keçirilən “Jara” Beynəlxalq musiqi festivalı böyük rezonans doğurmuşdu. Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan musiqiçilərinin qatıldığı festivalın sonunda layihənin ənənə halını alacağı və növbəti festivalın daha geniş miqyasda gerçəkləşəcəyi bildirilmişdi.
Artıq “Jara” musiqi festivalının vaxtı müəyyənləşib. Tədbirin təşkilatçılarından olan tanınmış müğənni və bəstəkar, “Srocus” şirkətlər qrupunun vitse-prezidenti Emin Ağalarov öz İnstagram səhifəsində bu barədə məlumatı paylaşıb.
Beləliklə, Bakıda 2-ci “Jara” musiqi festivalı 2017-ci il 27-30 iyul tarixində keçiriləcək. Biletlər artıq bu aydan satışa çıxarılacaq.