Polşa tədqiqatçıları məşhur astronom Nikolay Kopernikin cəsədinin qalıqlarını identfikasiya etdiklərini açıqlayıblar. Onlar dahi alimə məxsus kitablardan birinin içində tapdıqları saçı və Kopernikə məxsus olduğu iddia edilən sümükləri DNK analizindən keçiriblər.
Bu elmi analiz Kopernikin harada basdırıldığı ilə bağlı bir neçə əsr davam edən mübahisələrə son qoymalıdır. Qeyd edək ki, Kopernikin özündən sonra nəsli qalmadığından bundan əvvəl DNK analizi aparmaq mümkün olmurdu.
Polşanın Arxeologiya və Antropologiya İnstitutunun rəhbəri İrji Qassovski bildirib ki, başçılıq etdiyi komandanın hələ 2005-ci ildə tapdığı sümüklər , xüsusən də kəllənin üz hissəsindəki əlamətlər Kopernikin indiyə kimi təsvir edilən şəkillərinə çox oxşayır. Məsələn, ciddi burun sınığı, digər individual cizgilər qalıqların Kopernikə məxsus olduğunu sübut edirdi. Bundan əlavə, kəllənin sol gözünün altında dərin yara var. Kopernikin şəkillərində də həmin yerdə dərin yara təsvir edilib.
Alimlər bildirirlər ki, sümüklər təxminən 70 yaşlarında kişiyə məxsusdur. Maraqlıdır ki, Kopernik də 1543-cü ildə 70 yaşında vəfat edib. Dişlərin və omba sümüyünün DNK-sı onun kitabın arasından tapılan saçın sahibinə məxsus olduğunu göstərib.
Qeyd edək ki, Kopernikin Frombork kilsəsində basdırıldığı məlumdur. Amma onun qəbrinin üzərinə heç bir nişan qoyulmayıb.