Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Qabriel Qarsia Markes dörd variantdan ibarət olan yeni romanı üzərində işlərini başa çatdırır. «The Guardian» qəzetinin məlumatına görə, bu barədə onun dostu, jurnalist və yazıçı Plinio Apuleo Mendosa bildirib.


Markesin «Yüz il tənhalıq» adlı sonuncu kitabı üzərində işini başa çatdırdığı barədə məlumat hələ 2008-ci ilin mayında yayılıb. Bu barədə onun tanışı, jurnalist Dario Arsimendi mətbuata məlumat verib. Elə o zaman da məşhur yazıçının dörd variantlı, 250 səhifəlik sevgi romanı üzərində işlədiyi bildirilirdi. Lakin yazıçının maraqlarını təmsil edən «Carmen Balcells» ədəbiyyat agentliyi Markesin roman üzərində işi başa çatdırdığı barədə məlumata malik deyil.


Qabriel Qarsia Markesin yazdığı sonuncu bədii kitab - «Memoria de Mis Putas Tristes» («Mənim kədərli fahişələrim barədə xatirələr») - 2004-cü ilin oktyabrında çap olunub. Bundan sonra o, yazmağın daşını atıb. Markes hətta «Danışmaq üçün yaşamalı» («Vivir para contarla») adlı memuarlar kitabını da yarımçıq saxlayıb. Qeyd edək ki, üç kitabdan ibarət olmalı olan memuarların birinci hissəsi hələ 2002-ci ildə çapdan çıxıb. Lakin bundan sonra yazıçı onu davam etdirməyib.