Hollivud ulduzu Brüs Uills Ukraynada istehsal olunan toyuq konservlərinin reklamı ilə məşğul olacaq. Hələlik videoçarxın süjeti və aktyorun qonorarı ilə bağlı heç bir informasiya verilmir. "Exo Moskvı" qeyd edir ki, çəkilişlərin Moskvada aparılacağı məlumdur.
Brüs Uills "Günahlar şəhəri", "Armageddon", "Gecənin rəngi", "Altıncı hiss", "Beşinci element", "Kriminal hekayə" və "Bərk adam" kimi filmlərdən məşhurdur. Uills həm də Hollivudun ən bahalı aktyorlarından biri sayılır.