Britaniyalı rok-musiqiçi, “The Beatles” qrupunun yaradıcılarından biri ser Pol Makkartni hazırkı sevgilisi, amerikalı Nensi Şevellə evlənməyə hazırlaşır. “Reuters” agentliyi qeyd edir ki, cütlük bu qərarı 48 yaşlı Şevellin öz həyat yoldaşı - vəkil Brüs Bleykmanla rəsmən ayrılmasından sonra qəbul edib.
Nensi Şevellin Makkartni ilə ailə həyatı qurmaq istəməsi onun varlanmaq istəyindən irəli gəlmir. Belə ki, Şevell özü dünyanın ən uğurlu və varlı biznes-ledilərindən sayılır. O, təxminən 500 milyon dollar dəyərindəki nəqliyyat şirkətinə rəhbərlik edir. Nensi Makkartninin qızı, dəbdə olan geyim dizayneri Stella ilə yaxın rəfiqədir və onlar bir yerdə çox vaxt keçirirlər. Şevellin özünün isə Bleykmanla nikahdan 17 yaşlı oğlu var.

Şevell və Makkartnini 30 illik münasibət bağlayır. Lakin cütlüyün romantik əlaqələri barədə ilk dəfə 2008-ci ilin mayında məlum olub. O zaman Şevell və Makkartni musiqiçiyə Yel universitetinin fəxri doktoru adının verilməsi mərasiminə bir yerdə gediblər.

Şevell 66 yaşlı Makkartninin üçüncü arvadı olacaq. Onun birinci arvadı bir neçə il əvvəl vəfat edib. Ser Makkartni ikinci arvadı Hizer Millslə sonuncunun pornoqrafik filmlərdə çəkilməsi səbəbindən ayrılıb. Bu ayrılıq ona 50 milyon dollara başa gəlib.