İtaliyalı tədqiqatçılar Leonardo da Vinçinin indiyə qədər məlum olmayan avtoportretini aşkar ediblər. Bu barədə İtaliya Mədəniyyət Abidələrinin Mühafizəsi Nazirliyindən bildiriblər.
  
   Bərpaçılar beynəlxalq astronomiya ilində dahi astronom və filosof Qalileo Qalileyin nadir portretini təqdim etməyə hazırlaşırmışlar. O, İtaliyanın cənubundakı Kampaniya vilayətində şəxsi kolleksiyada saxlanılan rəsm əsərində təsvir olunub.
   Amma katolik tədqiqatçı Nikolo Barbatelli müəyyən edib ki, rəsmdəki şəxs Qaliley deyil, Leonardo da Vinçidir. Özü də ki, söhbət Dirçəliş dövrünün ən məşhur rəssamının gənc yaşında çəkdiyi avtoportretdən gedir. Həmin əsərdə da Vinçi Florensiyanın Uffitsi qalereyasında nümayiş etdirilən məşhur avtoportretindəki şəkildən ən azı 20 yaş kiçikdir.
   Sensasion kəşfə gətirib çıxaran tədqiqatlar 5 il əvvəl başlayıb. Barbatelli o zaman tamplierlər cəngavər ordeninin tarixi ilə bağlı rəsm materiallarını öyrənirmiş. Hazırda da Vinçinin əsəri xüsusi komissiyanın yekun ekspertizasından keçirilir. Komissiyaya rəssamın Vinçidəki milli muzeyinin direktoru Alessandro Vensozi başçılıq edir.