Kamerunlu bəstəkar və müğənni Manu Dibanqo Maykl Cekson və Riannanı məhkəməyə verib. «France Presse» agentliyinin məlumatına görə, Dibanqo adları çəkilən müğənnilərin onun mahnılarından istifadə etdikləri üçün onlardan kompensasiya qismində 500 min dollar tələb edir.
İddia ərizəsində bildirilir ki, Cekson və Dibanqo vaxtilə kamerunlunun yazdığı «Soul Makossa» mahnısının bir hissəsinin istifadə edilməsi ilə bağlı razılaşmaya gəliblər. Həmin mahnı Maykl Ceksonun 1982-ci ildə buraxdığı «Thriller» albomundakı «Wanna be Startin" Something» kompozisiyasında istifadə edilməliymiş.
Öz növbəsində Rianna da 2007-ci ildə mahnının həmin hissəsini özünün «Please don"t stop the music» kompozisiyasında istifadə edib. Bu zaman o, Maykl Ceksondan icazə istəsə də, mahnını bəstələyən Manu Dibanqo ilə danışıqlar aparmağı «unudub».
Fransa məhkəməsi fevralın 17-də Dibanqonun iddiasına baxılıb-baxılmayacağı ilə bağlı qərar çıxarmalıdır. Kamerunlunun vəkilləri iddia ilə bağlı qərar çıxarılana qədər Riannanın disklərinin satışından gəlir əldə edilməsini dayandırmağı tələb edirlər.