«Bir nömrəli terrorçu» Üsamə bin Ladenin qardaşı qızı Vəfa Dufur Böyük Britaniyanın «The Black Lips» pank-qrupu ilə bir yerdə mahnı yazdıracaq. «Digital Spy»ın məlumatına görə, kollektiv üzvləri yenicə müğənnilik fəaliyyətinə başlayan Dufurla ABŞ-dakı konsertdə tanış olublar. Elə oradaca gələcək əməkdaşlıq barədə razılaşma əldə olunub.
   «The Black Lips» qrupunun gitaraçısı Koul Aleksandr bildirib ki, yaxın vaxtlarda bin Ladenin qardaşı qızı birgə mahnılar üzərində işləmək üçün Londona gələcək: «O bizim pərəstişkarımızdır və musiqi karyerasına başlamaq arzusundadır. Biz onunla əməkdaşlıq etmək imkanımızın yaranması ilə fəxr edirik».
   Aleksandr onu da əlavə edib ki, bin Ladenin qrupun onun qardaşı qızı ilə bir yerdə ifa edəcəyi mahnını eşitməsini istəyir: «Eşitmişəm ki, bin Laden Uitni Hyustonun böyük pərəstişkarıdır. Tamamilə mümkündür ki, onun bizi eşitmək şansımızı artırmaq üçün Hyustonun mahnılarından bir neçə sempli öz kompozisiyamıza daxil edək».