2012-ci ildə Böyük Britaniyada yağlı boya ilə çəkilən və dövlət muzeylərində toplanan əsərlərin vahid elektron kataloqu yaradılacaq. «Your Paintings» («Sizin rəsmləriniz») adlı layihəni BBC korporasiyası kurasiya edəcək və bütün əsərləri onların barəsindəki məlumatla bir yerdə öz saytında yerləşdirəcək. Söhbət 200 min rəsm əsərindən gedir. Bu əsərlərin 80 faizi ehtiyat anbarlarda saxlanılır. BBC ilə bir yerdə «Your Paintings» layihəsi ilə «Public Catalogue Foundation» qeyri-kommersiya fondu məşğul olacaq. Bu fond hələ 2003-cü ildən dövlət muzeylərindəki rəsm əsərlərinin kataloqunun yaradılması ilə məşğuldur. «Public Catalogue Foundation» 2009-cu ilin əvvəlinə kimi əsərlərin 30 faizini hazırlayıb. Milli kataloqun yaradılması layihəsi BBC-nin yeni böyük mədəniyyət proqramının bir hissəsidir. Korporasiyanın digər təşəbbüsləri sırasında 100 seriyalı «Yüz əşyada ümumdünya tarixi» telefilmini göstərmək olar. Həmin filmdə Britaniya muzeyinin direktoru Nil Makqreqor aparıcılıq edəcək. Muzey filmin translyasiyası ilə bərabər müvafiq eksponatları nümayiş etdirəcək. Layihə 2010-cu ilə nəzərdə tutulub.