Məşhur aktyor və idmançı Jan-Klod Van Damm vaxtilə ona dünya şöhrəti gətirən filmin skivelinin yaradılması üzərində çalışır. «TotalFilm» İnternet resursu bildirir ki, söhbət «Qanlı idman» filmindən gedir.
   Aktyor bildirib ki, bu dəfə daha kədərli və nifrət oyadan film çəkmək istəyir: «Ola bilsin ki, həmin filmdə əsas qəhrəman öz oğlunu alçaldan əyyaş və ya narkoman olsun». Van Damm onu da əlavə edib ki, studiyalar onun filmin gələcək taleyi ilə bağlı optimizmini bölüşmürlər: «Onlar mənə deyirlər: yox! Sən uşaqlara zor tətbiq edildiyi göstərilən filmi ABŞ-da çəkə bilməzsən. Sən narkotiklərə qurşanan karate ustası ola bilməzsən. Guya ki, bu həmin filmin tam iflası deməkdir».
   Bununla yanaşı, aktyor hesab edir ki, uğur resepti qiymətləndiriləcək və o, bütün dünyaya «real həyatı» nümayiş etdirəcək.
   Xatırladaq ki, «Qanlı idman» ekranlara 1988-ci ildə çıxıb. İlk filmdən sonra onun bir neçə davamı çəkilib. Lakin Van Damm digər filmlərdə iştirak etməyib.