«Oskar» mükafatının sayca 81-ci təqdimetmə mərasimi bündan əvvəlki bütün şoulardan «ciddi şəkildə fərqlənəcək». THR-nin məlumatına görə, bu barədə Amerika Kinoakademiyasının prezidenti Sid Qeyns mükafat uğrunda yarışacaq nominantların təntənəli qəbulunda bəyanatla çıxış edib.
Qeyns üzünü aktyorlara tutaraq müəyyən riskə gedəcəklərini bildirib: «Biz mərasimi planlaşdırdığımız kimi etmək üçün həqiqətən də riskə gedəcəyik. Sizin mükafatlarınız adət etdiyiniz kimi təqdim olunmayacaq. Odur ki, qorxmayın».
Kinoakademiyanın prezidenti operatorlar, bəstəkarlar və montaj üzrə mütəxəssislərə də «böyük sürpriz» vəd edib. Xatırladaq ki, «Oskar» mükafatının təqdimetmə mərasimi 2009-cu il fevralın 22-də keçiriləcək. Şounu avstraliyalı aktyor Xyu Cekman aparacaq. Layihənin prodüseri qismində Lourens Mark və Bill Kondon çıxış edirlər.