Almanlar İkinci Dünya müharibəsinin sonunda Kəhrəba otağı Köniqsberqdən çıxara bilmədikləri üçün onu bunkerdə gizlədərək qaçıblar. Bu barədə Şərqi Prussiyanın keçmiş qaulyayteri Erix Koxun sovet akademiki Dmitri Olderoqqe ilə söhbətinin stenoqramında bildirilir. Stenoqramın mətni əvvəllər heç bir zaman dərc olunmayıb. İndi isə polşalı jurnalist Sezar Qmız həmin danışığın tam mətnini «Reç Pospolita» qəzetində dərc etdirib.
Qmız bildirir ki, 1959-cu ildən Polşadakı Barçevo həbsxanasında saxlanılan Kox Olderoqqeni inandırmağa çalışırmış ki, Kəhrəba otağı Köniqsberqdən çıxarmağa macal tapmayıblar və o, otağın harada gizlədildiyini göstərə bilər. Onların arasında söhbət 1964-cü il sentyabrın 21-də və 23-də baş tutub. Kox xahiş edirmiş ki, onun Kalininqrada (1946-cı ilə qədər Köniqsberq) gizli səfəri təşkil edilsin. Amma Sezar Qmız bu səfərin təşkil olunub-olunmadığını bilmir. Çünki sənədin həmin hissəsini anlamaq mümkün deyil.
Qmız onu da qeyd edir ki, həbsxana mühafizəçilərindən biri Koxun kamerasından onun vəsiyyətnaməsini və şəxsi yazılarını çıxarıb. Kəhrəba otağın harada olduğunun da həmin kağızlarda göstərildiyi istisna edilmir.
Erix Kox 1986-cı ildə 90 yaşında Barçevoda ölüb.
Kəhrəba otaq 1941-ci ildə Puşkindən (Çar kəndi) çıxarılıb. Onu 1943-cü ilə kimi Köniqsberqdəki qəsrdə nümayiş etdirirlərmiş. Sonra isə otaq «yoxa çıxıb». İndiyə kimi Kəhrəba otağın taleyi ilə bağlı bir neçə versiya irəli sürülüb. Lakin onların heç biri qəbul edilməyib. Otağın tapılması üçün dəfələrlə ekspedisiya təşkil edilsə də, onların heç biri uğur qazanmayıb. Güman edilir ki, içində kəhraba panellər olan yeşiklər həqiqətən də şəhəri tərk etməyib və bombardman zamanı yanıb.
Qeyd edək ki, 1979-2003-cü illərdə Kəhrəba otağın yenidən yaradılması layihəsi üzərində iş gedib. Sankt-Peterburqun 300 illiyində onu yenidən ziyarətçilərin üzünə açıblar.