Rusiyanı “Eurovision-2009” mahnı müsabiqəsində təmsil edəcək müğənninin adı məlum olub. «RİA Novosti» agentliyinin məlumatına görə, bu şərəfə Anastasiya Prixodko adlı gənc müğənni layiq görülüb.
Rusiya mətbuatı bildirir ki, qərar münsiflər heyəti tərəfindən qəbul edilib. Prixodkonun lehinə 6, əleyhinə isə 5 nəfər səs verib. Bundan əvvəl tamaşaçı zənglərinin və SMS-lərin nəticəsində 3 finalçı müəyyənləşmişdi. Buraya Prixodko ilə yanaşı Valeriya və “Kvatro” qrupu daxil idi. Lakin Prixodko onların hər ikisini qabaqlaya bilib.
Maraqlıdır ki, Rusiya telekanallarından birində keçirilən «Ulduzlar fabriki» müsabiqəsinin iştirakçısı olan Anastasiya Prixodko bundan əvvəl Ukraynanı təmsil etmək üçün yarışda iştirak edib. Lakin Ukrayna müsabiqəsində onun bəxti gətirməyib. Münsiflər heyəti hansısa qaydaları pozuduğuna görə Prixodkonu yarışdan kənarlaşdırıblar. Bundan sonra müğənninin vəkilləri Ukraynanın «Eurovision-2009» üçün seçim turu keçirən təşkilat qrupunun qərarından məhkəməyə şikayət veriblər. Hazırda məhkəmə həmin iddiaya baxır.