![](/img/news/700x420/738.jpg)
III Amenxotepin (bizim eraya kimi XIV əsr) basdırıldığı məbəd Nil çayının qərb sahilində - müasir Luksorun əks tərəfindəki Fivan nekropolunda yerləşir. Məbəd tamamilə dağılıb. Amma III Amenxotepin nəhəng abidələri olan «Memnon heykəlləri» bu günə qədər qalıb.
Məbədin ərazisində işləyən ekspedisiyaya Xuriq Suruzian başçılıq edir. Onun qrupu 1999-cu ildən ərazinin konservasiyası və indiyə qədər qorunub saxlanılan fraqmentlərin bərpası ilə məşğul olur.