Mərhum italiyalı dizayner Canni Versaçeyə məxsus Fontanellodakı villanın interyeri «Sothebys»in Londonda keçirəcəyi alqı-satqıya çıxarılıb. Auksion evinin press-relizində bildirilir ki, söhbət 550 lotdan gedir: mebel əşyaları, heykəllər, gümüş əşyalar və s. İlkin qiymətləndirməyə görə, interyerin satışından 2 milyon funt-sterlinq (2,9 milyon dollar) əldə ediləcək.
Versaçe 1977-ci ildə aldığı və 1980-ci ilin sonuna yaxın yenidənqurma işləri başa çatan Fontanellodakı villa barəsində deyirmiş: «Bu ev həqiqətən də mənə məxsusdur. Bu ev həm sevincli, həm də kədərli olduğum zaman necəyəmsə, onu əks etdirir».
«Sothebys» alqı-satqı ərəfəsində villanın bir neçə otağını Canni Versaçenin (1946-1997) sağlığında olduğu formaya salacaq. Versaçenin interyeri martın 18-də auksiona çıxarılacaq.