![](/img/news/700x420/768.jpg)
PETA qrupunun gəldiyi nəticəyə görə, 2009-cu ilin siyahısında «Material qız» adlandırılan Madonna Demi Mur, onun həyat yoldaşı Eşton Katçer, məşhur «R-n-B» ifaçısı Meri Cey Blayc və britaniyalı supermodel Keyt Mossu belə qabaqlayıb.
Hesabatda Madonnanın ünvanına az qala təhqiramiz xarakterli kəskin tənqid var: «Madonnanı xəz geymiş formada görəndə anlayırsan ki, niyə 1984-cü ildən bu yana onu heç kim təqlid etməyə çalışmır. Biz bilirik ki, onun gənc oğlana gözü düşüb. Amma kimsə ona deməlidir ki, xəz onu daha gözəl etmir». PETA qrupu «gənc oğlan» dedikdə, brazilyalı maneken Hesus Lusu nəzərdə tutur. Madonna Qay Riçi ilə ayrılandan dərhal sonra Lusla görüşməyə başlayıb. PETA qrupunun biabırçı siyahısına düşən digər ulduzlar arasında Meri Keyt və Eşli Olsen bacılarını, Meqqi Citllenhaalı, Keyni Uesti və Elizabet Herlini göstərmək olar.