İcazəsiz olaraq öz məhsullarının üzərində Hollivud ulduzlarının şəklini yerləşdirən saat şirkəti məşhur kinoaktyorlar Robert De Niro və Al Paçino tərəfindən məhkəməyə verilib. «Tutima» şirkətinə qarşı iddia Manhettendə yerləşən Nyu-York dairə federal məhkəməsi tərəfindən qəbul edilib.
De Niro və Paçino bildiriblər ki, onların bir müddət əvvəl ekrana çıxan «Adam öldürməyə icazə» filmindəki təsvirləri, adları və səsləri «Tutima» tərəfindən icazəsiz olaraq reklam məqsədilə istifadə edilib. Aktyorlar filmin yayılması ilə məşğul olan «Overture Films» distribüter şirkətini də cavabdeh qismində göstəriblər. Vəkillər güman edirlər ki, bu şirkət «Tutima»nın qanunsuz əməlindən xəbərdar olub. «Overture Films»in nümayəndələri isə onlara qarşı iddia qaldırılmasından təəccübləndiklərini vurğulayıblar. Çünki bu məsələ ilə bağlı nə Paçinodan, nə də De Nirodan uzun aylar ərzində heç bir siqnal daxil olmayıb.
Öz növbəsində iddia ərizəsində bildirilir ki, hətta «Tutima» əməkdaşlıq barədə müraciət etsə belə, rədd cavabı alacaqmış. Məsələn, Al Paçino professional karyerası ərzində heç bir zaman ABŞ-da hər hansı məhsul və ya malın reklamında iştirak etməyib.
Aktyorlar vurulan ziyana görə kompensasiya tələb edirlər. Lakin kompensasiyanın məbləği açıqlanmır.