İtaliyanın Verona şəhərinin hakimiyyət orqanları sevgililərə «Cülyettanın eyvanı»nında evlənməyi təklif edib. ANSA-nın məlumatına görə, bu eyvan şəhərin turizm mərkəzlərindən biri sayılır.
Verona meriyasının turizm üzrə müşaviri Daniel Polato bəyan edib ki, yaxın günlərdə fəaliyyətə başlayan yeni xidmət Veronanı «toy paytaxtı»na çevirməyə imkan verəcək. «Cülyettanın eyvanı»nda evlənməyin qiyməti aşağıdakı kimidir: şəhər sakinləri üçün 600 avro, italiyalılar üçün 700 avro, Avropa Birliyi üzvləri üçün 800 avro, bütün digər turistlər üçün 1000 avro. Bu zaman evin ziyarəti cəmi 3 avrodur. Verona meri Flavio Totsi bu qiymətləri nikaha tələb olunan inzibati xərclərin məbləği ilə izah edib.
Via Kapello küçəsindəki bina XII əsrdə tikilib və Kapello ailəsinə məxsus olub. Dahi Uilyam Şekspirin «Romeo və Cülyetta» barədə hekayəsindəki Kapuletti ailəsinin adının da məhz Kapello ailəsindən götürüldüyü bildirilir. Əsərdə sevgililərin eyvanda görüşü səhnəsi isə ədəbiyyat tarixində ən məşhur səhnələrdən birinə çevrilib.
Veronadakı «Cülyetta evi» 2008-ci ildə bərpa işlərindən sonra yenidən açılıb. Binanı təmir edən fəhlələr ziyarətçilərin divarlarda yazdıqları çoxsaylı yazıları siliblər. Bundan sonra turistlər evin vestibülündə quraşdırılan böyük elektron displeydə yazı yaza bilər. Bunun üçün onlar elektron poçta SMS və ya məlumat göndərməlidirlər.