Dünyanın ən bahalı xalçası ilkin 5 milyon dollar qiymətlə satışa çıxarılıb. Lakin onun yekun qiyməti 20 milyon dollara çata bilər. «The Telegraph» qəzetinin məlumatına görə, martın 19-na təyin olunan auksionu «Sothebys» evi yeni ofisində - Qətərin paytaxtı Dohada keçirəcək. Xalça auksionda yeganə lot olacaq.
XIX əsrdə Hindistanın Baroda knyazlığının hakiminin sifarişi ilə hazırlanan xalçanın ölçüsü 173x264 santimetrdir. Onun üzəri bahalı daş-qaşla - mirvari, yaqut və brilliantlarla bəzədilib. Ekspertlərin hesablamasına görə, xalçanın hər desimetrinə təxminən 5 min mirvari və muncuq düşür. Ümumilikdə isə, xalçaya 2,2 milyon mirvari və muncuq tikilib.
Maharaca Kxande Raonun fikrinə görə, xalça Mədinəyə göndərilməli və Məhəmməd peyğəmbərin qəbrini bəzəməliymiş. Lakin Baroda hakiminin ölümündən sonra «Mirvarili xalça» onun varislərində qalıb və bu günə qədər də sahibini dəyişməyib. Onu bir neçə dəfə nümayiş etdirmək üçün muzeyə aparıblar. Məsələn, həmin xalça 1985-ci ildə Nyu-Yorkdakı Metropoliten muzeyində məşhur «Hindistan» sərgisində nümayiş etdirilib. Qeyd edək ki, hələlik dünyanın ən bahalı xalçası 2008-ci ildə «Christies» auksionunda 4,45 milyon dollara satılan İran ipək xalçası sayılır.