Nyu-York məhkəməsi müğənni Madonna və kinorejissor Qay Riçinin ayrılmasından sonra uşaqlarının anaları ilə ABŞ-da yaşaması barədə qərar çıxarıb. «Associated Press» agentliyi qeyd edir ki, Qay Riçinin uşaqlarını istədiyi zaman ziyarət etmək, eləcə də tətillərdə onları Böyük Britaniyaya aparmaq hüququ tanınıb. Lakin bunun üçün o, Madonnanın ilkin razılığını almalıdır. Qeyd edək ki, rejissor keçmiş həyat yoldaşının vəkillərinin təklif etdiyi bütün şərtlərə razı olub. Hollivudun ən parlaq ulduz cütlüklərindən biri 2008-ci ilin noyabrında ayrılıb. Hələ o zaman məhkəmədə uşaqların kiminlə qalacağı ilə bağlı dəfələrlə məsələ qaldırılıb. Riçi sonradan bildirib ki, nikahın pozulmasında pul məsələsinin heç bir rolu olmayıb. 2000-ci ildə evlənən Riçi və Madonnanın 8 yaşlı Rokko və David Banda adlı 3 yaşlı götürülmə oğulları var.