Adolf Hitlerin gəncliyində akvarellə işlədiyi avtoportreti satışa çıxarılacaq. “The Telegraph”ın verdiyi məlumata görə, portret Britaniyanın “Mullocks” auksion evində satılacaq. Bundan əlavə, auksionda Hitlerin daha 12 əsəri də hərraca çıxarılacaq. Bu əsərlər 1910-cu ildə çəkilib.
Hitlerin əsərləri 1945-ci ildə çavuş-mayor Ulli Makkeni tərəfindən Essen şəhərində tapılıb. Makken sonradan həmin əsərləri hazırkı sahiblərinə satıb. İndi isə onların auksiona çıxarılması barədə qərar verilib. Alqı-satqı aprelin 23-nə təyin olunub.
Qeyd edək ki, 1999-ci ildə Hitlerin avtoportreti 1050 funt-sterlinqə (təxminən 1700 dollara) satılıb. 2006-cı ildə isə onun bir neçə akvareli “Jefferys” auksion evinə 118 min funt (224 min dollar) gəlir gətirib.