İtaliya faşistlərinin lideri Benito Mussolininin Romadakı bunkeri sərgi məkanına çevrilib. «ArtDaily» jurnalının məlumatına görə, yeraltı sığınacaqda ilk ekspozisiya açılıb. Ekspozisiya üç rəssamın - Alfredo Rapetti, Fabian Roşioli və Rikkardo Dalla Kyesanın şəkillərindən ibarətdir.
Bunker 1942-ci ildə Ümumdünya Sərgisi üçün planlaşdırılıbmış. Amma müharibə səbəbindən sərgi baş tutmayıb. Yeraltı sığınacaqda hələ də müharibə əlamətləri qorunub saxlanılır - əsgər forması, əleyhqaz və s. Divarda isə vərəqi sonuncu dəfə 1943-cü ilin 8 sentyabrında çevrilən təqvim asılıb. Həmin gün marşal Petro Badolo İtaliyanın məğlub olduğunu elan edib və əsgərlər bunkeri tərk ediblər.
Xatırladaq ki, 2006-cı ildə Mussolininin Romadakı evi - Torloniya villası ziyarətçilərin üzünə açılıb.