Məşhur Hollivud aktyoru və prodüseri Nikolas Keyc Bavariyanın Etselvanq kommunasının ərazisində yerləşən qəsrini satıb. Rusiya mediasının verdiyi məlumata görə, XI əsirdə tikilən “Schloss Neidstein” adlı bu qəsrin ümumi sahəsi 900 kv. metrdir. 28 otaq, üstəlik, 10 yataq otağı və 5 hamamdan ibarət olan bu qəsrin yerləşdiyi torpaq sahəsinin sahəsi isə 160 hektara çatır.
Məşhur aktyor qəsri 2006-cı ildə 2,2 milyon dollara alıb və sarayda cəmi bir dəfə olub. Qəsri alandan sonra isə binadakı təmir işlərinə və onun yenilənməsinə xeyli miqdarda pul xərcləməli olub. Bu işlərin çox böyük məbləğə başa gəlməsi səbəbindən Keyc qəsri satmaq məcburiyyəti qarşısında qalıb. Qəsrin yeni sahibi isə aktyorun hüquqi məsələlər üzrə məsləhətçisi Konrad Vilfortdur.
Qeyd edək ki, Keyc müxtəlif yerlərdə daşınmaz əmlaka malikdir. Satılan qəsrdən başqa onun Los-Anceles və Luizianada evləri, İngiltərədə isə daha bir qəsri var.