MTV telekanalının tamaşaçıları səsvermə yolu ilə Maykl Ceksonun «Thriller» albomunu «Tarixdə ən böyük albom» seçiblər. Bu barədə «Monsters & Critic» resursu yazır.
26 albomdan ibarət siyahını MTV-nin üç şöbəsi - MTV2, VH1 və MTV Base hazırlayıblar. Səsvermədə 40 mindən çox tamaşaçı iştirak edib. Ceksonun albomunun xeyrinə sorğu iştirakçılarının təxminən üçdə biri səs verib. Qeyd edək ki, 1982-ci ildə buraxılan «Thriller» albomunda «Beat It», «The Girl Is Mine», «Thriller» və ən çox məşhur olan «Billie Jean» kimi mahnılar var. Albomun prodüseri qismində Kuinsi Cons K. çıxış edib. Bu günə kimi bütün dünyada «Thriller»in 109 milyon nüsxəsi satılıb.
MTV Base-nin nümayəndəsi Trevor Nelson tezliklə «Thriller» ilə rəqabət apara biləcək yeni diskin buraxılacağını və ümumiyyətlə, belə bir şey olacağına inanmadığını vurğulayıb.
Səsvermədə ikinci yeri Kreyq Devidin 2000-ci ildə buraxdığı «Born To Do It» debüt albomu tutub. Onun 12 faiz səs yığdığı bildirilir. Üçüncü yerdə isə əfsanəvi Guns N"Rosesin «Appetite For Destruction» albomu gəlir.
Tam siyahı aşağıdakı kimidir:
1. Maykl Cekson - "Thriller"
2. Kreyq Devid - "Born To Do It"
3. Guns N" Roses - "Appetite For Destruction"
4. Radiohead - "OK Computer"
5. Nirvana - "Nevermind"
6. Oasis - "(What"s The Story) Morning Glory?"
7. Oasis - "Definitely Maybe"
8. U2 - "The Joshua Tree"
9. Arctic Monkeys - "Whatever People say I Am, That"s What I"m Not"
10. Emi Uaynhaus - "Back to Black"
11. The Strokes - "Is This It?"
12. Kanne Uest - "The College Drop Out"
13. The Stone Roses - "The Stone Roses"
14. Eminem - "The Marshall Mathers LP"
15. The Smiths - "The Queen Is Dead"
16. Rage Against The Machine - "Rage Against The Machine"
17. Prince and The Revolution - "Purple Rain"
18. REM - "Automatic For The People"
19. Usher - "8701"
20. Pixies - "Doolittle"
21. The Notorious B.I.G - "Ready To Die"
22. Lorin Hill - "The Mis-education of Lauryn Hill"
23. Human League - "Dare"
24. Jay-Z - "Blueprint"
25. Dizzee Rascal - "Boy In Da Corner"
Qeyd edək ki, bəzi mütəxəssislər siyahını tam saymırlar. Məsələn, təşkilatçılar seçim prosesində Madonnanın və Goldplayın yazılarını «Tarixdə ən böyük albom» adına layiq bilməyərək siyahıdan çıxarıblar.