Məşhur rəssam Vinsent Van Qoq əvvəllər güman edildiyi kimi, çılğınlıq vəziyyətində qulağının sırğalığını kəsməyib. Onun qulağını qəzəblənmiş Pol Qoqen kəsib. «Le Figaro» qəzetinin yazdığına görə, Hamburq Universitetinin iki tədqiqatçısı - Hans Kaufman və Rita Vildeqans belə bir nəticəyə gəliblər.
   Kaufman və Vildeqans bildirirlər ki, 1888-ci il dekabrın 23-də baş verən hadisə barədə məlumatı Qoqen və Arl şəhərinin polisləri yayıblar. Polislər Vanq Qoqu dekabrın 24-də səhər tezdən qan içində tapıblar və onu xəstəxanaya aparıblar. Onların məlumatına görə, Van Qoq qulağının kəsilmiş hissəsini Raşel adlı fahişəyə göstərirmiş. Sonradan məşhur holland rəssamının həyatındakı bu epizod ağılsızlıq vəziyyətində edilən növbəti hərəkət kimi dəyərləndirilib.
   Pol Qoqen o zaman bildirib ki, onlar söhbət əsnasında dalaşıblar. Bundan sonra o, Van Qoqu evdə tək qoyaraq, gecələmək üçün yaxınlıqdakı mehmanxanaya gedib. Van Qoq isə tək qalan kimi iti ülgüclə qulağının sırğalığını kəsib.
   Alman tədqiqatçıları isə bildirirlər ki, Pol Qoqen çılğınlıq vəziyyətində olan Van Qoqu sakitləşdirmək üçün bacarığından istifadə edib. Belə ki, o, çox gözəl qılıncoynadan olduğundan, dostunu onun qulağını kəsərək sakitləşdirib. Lakin üzərinə hücum edən Van Qoqu öldürməyib. Sonra isə qılıncı Rona çayına tullayıb. Polislər nə qılıncı, nə də «ülgücü» tapa bilməyiblər. Sonradan Qoqen polisə ifadə verən zaman versiyasını təkrarlayıb. Van Qoq isə susub və axıra qədər də baş vermiş hadisə barədə bir kəlmə danışmayıb. Alman tədqiqatçıları hesab edirlər ki, Van Qoq ağılsız olsa da, sədaqətli olub. O, dostu Pol Qoqeni çox sevirmiş və heç bir halda ona qarşı ifadə verərək həbsxanaya düşməsinə razılıq verməzmiş.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar