MTV kompaniyası illik «MTV Movie Awards» mükafatına iddiaçıların siyahısını açıqlayıb. «Reuters» agentliyinin məlumatına görə, «Toran» və «Oskar» mükafatının triumfçusu olan «Gecəqondudan olan milyonçu» filmləri daha çox nominasiyada namizəd kimi irəli sürülüblər. «İlin ən yaxşı filmi» kateqoriyasında mükafat uğrunda «Qara cəngavər», «Əla müzikl 3», «Dəmir adam», «Gecəqondudan olan milyonçu» və «Toran» filmləri mübarizə aparacaqlar. «İlin ən yaxşı aktyoru» adına Kristian Beyl, Robert Dauni, Şayya Labef, Vin Dizel və Zak Efron, «İlin ən yaxşı aktrisası» adına isə Ancelina Coli, Enn Hetuey, Keyt Uinslet, Kristen Stüart və Taraca P.Henson iddia edirlər.
   Qeyd edək ki, bu il «MTV Movie Awards»da bir neçə yeni nominasiya peyda olub. Onların arasında «Filmdəki ən yaxşı mahnı» və «Filmin ən yaxşı anı» da var.
   «MTV Movie Awards»ın 18-ci təqdimetmə mərasimi 2009-cu il mayın 31-də olacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar