Mayın əvvəlində Böyük Britaniyanın kitab mağazalarına C.R.Tolkienin Skandinaviya eposunun motivləri əsasında yazılan 500 bənddən ibarət «Siqurd və Qudrin» kitabı daxil olub. Yazıçının oğlu, varisi və onun son vəsiyyətini yerinə yetirməyə vəkil təyin edilən Kristofer Tolkien «The Guardian» qəzetinə müsahibəsində etiraf edib ki, yeni kitab «Hobbitlər» və «Üzüklər hökmdarı»nın pərəstişkarlarını qorxuda bilər. Poemanın əsasında Skandinaviya əsatirlərində adları Siqurd və Qudrin kimi çəkilən, alman əsatirlərində isə Ziqfrid və Krimhilda adlandırılan iki qəhrəmanın hekayəsi durur. Kristofer Tolkienin fikrincə, atası bu əsəri 1930-cu illərdə - alman dili və ədəbiyyatından dərs dediyi zaman yazıb. C.R.Tolkien əsəri tamamilə bitirərək ağlamaya köçürüb. Onun çapa verilməsini əngəlləyən cəmi bir neçə sətir qaralama qalıbmış. Kristofer Tolkien isə bildirir ki, əsərə heç bir dəyişiklik etməyib və bütün diqqətini mətnin şərh edilməsinə yönəldib. Kristofer Tolkien 1973-cü ildən atasının dərc olunmayan əsərlərinin çapı ilə məşğuldur. O, 2007-ci ildə «Hurinin uşaqları» povestini dərc edib. Kitabın ancaq ingilis dilindəki tirajı 1 milyon nüsxəni keçib. C.R.Tolkienin əsərlərinin ümumi tirajı isə 150 milyon nüsxəni keçir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar