Amerikalı kino aktyoru Conni Depp iştirak etdiyi filmlərə baxmamağa çalışdığını etiraf edib. O, BBC-yə müsahibəsində bildirib ki, uşaqları onun filmlərinə özündən çox baxıblar.
   Aktyor Londona «PublicEnemies» adlı yeni filminin reklamında iştirak etmək üçün gəlib. O, bu filmdə qanqster Con Dillenceri oynayıb. Aktyor filmin reklamında iştirak etsə də, onun barəsində heç bir məlumatı olmadığını vurğulayıb: «Mən filmə baxmamışam. Onun necə bir film olduğunu bilmirəm».
   Conni Depp əlavə edib ki, onu filmə baxmaq deyil, çəkilmək maraqlandırır: «Mənə rol oynamaq, özümü oynadığım personaj kimi hiss etmək və onu canlandırmaq xoş gəlir. Amma mən yekun nəticəni görməyə can atmıram. Çünki bu, artıq pula bağlı olan bir məsələyə çevrilir. Mən isə bu barədə düşünmək istəmirəm».
   Depp bildirib ki, hər hansı filmin çəkilişi zamanı ekranda necə göründüyünü yoxlamır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar