![](/img/news/700x420/2458.jpg)
Xatırladaq ki, təlxəklərin (klounların) ilk konqresi keçən il təşkil olunub. V.İ.Poluninin sözlərinə görə, tədbirin keçirilməsində məqsəd dünyanın digər ölkələrində yaşayan şən və hazırcavab təlxəklərlə təcrübə mübadiləsi aparmaqdır. Builki konqresin mövzusu isə daha maraqlıdır. Bu barədə qəzetlərə verdiyi müsahibədə Polunin belə deyib: “Yer üzündə ağıllı adamların sayı çoxalsa da, onlar dünyamızı xoşbəxt, insanları bəxtəvər, həyatımızı isə şən və mənalı edə bilmirlər. Ağıllılardan fərqli olaraq biz təlxəklərin (klounların) vəzifəsi də elə bu boşluğu doldurmaqdır. Məqsədimiz insanları dərdin, qüssənin, əzab-əziyyətlərin, ağrı-acıların, mənasız depressiyaların pəncəsindən xilas etmək, onlara qəlbdolusu, sevinc, fərəh və gülüş bəxş etməkdir”.
Maraqlıdır ki, təlxəklərin (klounların) tamaşalarına uşaqlar buraxılmayacaq. Poluninin sözlərinə görə, uşaqlar onsuz da xoşbəxtdirlər. Onlar günlərini böyüklər kimi ah-vayla keçirmir. Deməli, təlxəklərə böyüklərin daha çox ehtiyacı var.
Qəzetlərin yazdığına görə, bu gülüş bayramına dünyanın ən məşhur təlxəklərinin, o cümlədən ingiltərəli Conni Melvilin, amerikalı Piter Pitovskinin, fransız Mişel Sarunakın da qatılacağı gözlənilir.