Dəb dünyası
Məşhur yapon brendi “Kenzo”nun yaradıcısı olan Kenzo Takada 1939-cu ildə anadan olub. Gənc yaşlarından dizayner sənətinə maraq göstərən Kenzo Tokioda məşhur modelyer Bunka Gakuenin məktəbində təhsil alıb.
Şəhərdən kənarda kiçik daxmada yaşayan gəncin böyük xəyalları vardı. Tezliklə bəxt üzünə gülür. Şəhər kənarındakı daxmalar söküləndə ona da kompensasiya verirlər. O isə təzə ev almaq əvəzinə pulu neçə illər xəyalında canlandırdığı arzularının gerçəkləşməsinə xərcləmək qərarına gəlir.
1965-ci ildə Parisə gələn Kenzo dizayner kimi məşhurlaşmağa başlayır. Avropanın tanınmış dizaynerlərindən fərqli olaraq öz yolunu seçən gəncin hazırladığı paltarlarda yapon mədəniyyəti və formaları qabarıq əks olunurdu. 1970-ci ildə o özünün ilk “Jungle Jap” mağazasını açır. 1971-ci ildə Nyu-Yorkda və Tokioda “Kenzo” kolleksiyasının ilk təqdimatı keçirilir. 1972-ci ildə dizayner Yaponiyanın “Fashion Editor Club” mükafatına layiq görülür.
Tanınmış markanın 1987-ci ildə yaradılan “Kenzo de Kenzo” ətri isə hamı tərəfindən çox sevildi. Sonrakı illərdə “Kenzo” brendi ilə müxtəlif məhsullar - geyim, ətir, ev, bəzək aksesuarları və s. satışa çıxarılır.
1993-cü ildə Kenzo LVMH qrupu ilə müqavilə bağlayır və hər il bir neçə yüz milyon dollar qazanaraq Parisdə rahat həyat yaşayır. 2003-cü ildə isə “Kenzo”nun yeni bədii rəhbəri avanqard italyan dizayneri Antoni Marras təyin edilir. O, moda dünyasında ən romantik dizaynerlərdən biri sayılır. Moda evinin ənənələrinə sadiq qalan Antoni Marrasın nəfis məhsulları, xüsusilə, lüks və zəriflik “Kenzo” ruhuna tam uyğundur.
Hazırladı: Səbinə Məmmədova