İspaniyanın bir neçə şəhərində müxtəlif ölkələrdən olan rəqs qruplarının ifalarından ibarət 25-ci folklor festivalı keçirilib. Beynəlxalq tədbirlərdə ölkəmiz də təmsil olunub. İspaniyanın Valdelacalzada, Oliva de la Frontera və Torreorqaz şəhərlərində keçirilmiş konsertlərə həmçinin Kosta-Rika, Ukrayna, İtaliya, Portuqaliya, Misir, Benin Respublikasından olan qruplar qatılıblar.