Rusiyanın Nijni Novqorod vilayətinin Boldino kəndində Yemelyan Puqaçov üsyanı dövrünə aid qala təmir-bərpa ediləcək və dahi rus şairi Aleksandr Puşkinin bu tarixi hadisədən bəhs edən “Kapitan qızı” povestinə həsr olunmuş muzey yaradılacaq. Boldino kəndinin tarixi hissəsində şairin muzey-malikanəsi yerləşir. Yeni muzey mədəni turizm həvəskarları üçün xüsusilə maraqlı olacaq.
Puşkinin babalarının burada malikanəsi olub. 1830, 1833 və 1834-cü il payız aylarında şair burada çox məhsuldar işləyib. Puşkin bir sıra əsərlərini, o cümlədən “Belkinin povestləri”ni, “Tunc atlı” poemasını, “Kiçik faciələr” silsiləsinə daxil olan dramlarını, “Qaratoxmaq qadın” povestini, “Yevgeni Onegin” poemasının bəzi fəsillərini, nağıllarını və 50-dən çox lirik şeirini Boldinoda yaradıb.