Dünyada tanınmış “Zaha Hadid Architects” arxitektura kompaniyasının mütəxəssisləri qeyri-adi hotel layihəsi hazırlayıblar. Çinin Makao şəhərində 40 mərtəbəli, futuristik, “ekzoskeletli” qüllə “City of Dreams” kazinosunun ərazisində inşa ediləcək.
Hotelin monolit gövdəsinin mərkəzi hissəsindəki “boşluqlar” ona möhtəşəm heykəl forması verəcək. Sahəsi 150 min kvadratmetr olan binada müxtəlif tipli 780 otaq, oyun meydançaları, restoran, hovuz fəaliyyət göstərəcək.