Tanınmış estrada müğənnisi Cəlal Abbasov Rəşid Behbudov adına Mahnı Teatrında özünün yeni layihəsini, Pərviz Nəsirovun mahnılarından ibarət “Mənim anım” adlı CD albomunun təqdimatını keçirib. Müğənni eyni zamanda musiqisevərlərin qarşısında konsert proqramı ilə də çıxış edib. Qeyd edək ki, alboma rus dilində və şanson üslubunda yazılmış 15 yeni mahnı daxildir. “Uçuram”, Mən sevirəm”, “Qorxma” və sairə mahnıların daxil edildiyi disk dinləyicilərə hədiyyə olaraq paylanıb. Bu albom-layihə vasitəsilə respublika xaricinə, Rusiya bazarına çıxmağı nəzərdə tutan müğənninin ifasını həm də müxtəlif rəqs elementləri bəzəyib.
   
   S.Yavəroğlu