Sentyabrın 6-dan 14-dək Fransanın Dyep şəhərində beynəlxalq çərpələng festivalı keçiriləcək. Çərpələng festivalı dünyanın müxtəlif yerlərindən qonaqları cəlb edir və hər il bu festivalı izləmək üçün təqribən bir milyon turist gəlir.
Dyep şəhərinin dəniz sahilində keçiriləcək festivalda çərpələnglərin düzgün uçurtmaq qaydaları izah olunacaq və nümayiş etdiriləcək. Festivalda hər gün müxtəlifformalı və müxtəlifölçülü çərpələnglər havaya buraxılacaq. Həmçinin müxtəlif ustad dərsləri, oyunlar keçiriləcək, tamaşalar göstəriləcək.