Fərq­li ənə­nə və mə­ra­sim­lər

Ye­ni il bay­ra­mı dün­ya­nın dörd ya­nın­da qeyd olu­nan mə­ra­sim­dir. Fər­ziy­yə­lə­rə gö­rə, Ye­ni ili ilk də­fə qə­dim çin­li­lər ke­çi­rib­lər. Bə­zi mən­bə­lər­də bu, qə­dim ro­ma­lı­lar­la əla­qə­lən­di­ri­lir. Di­gər mən­bə­lər­də isə ilin də­yiş­mə­si­ni bay­ram et­mək adə­ti­nin ilk də­fə qə­dim Me­so­po­ta­mi­ya­da ya­ran­dı­ğı bil­di­ri­lir. İlk də­fə ha­ra­da ya­ran­ma­sın­dan ası­lı ol­ma­ya­raq, Ye­ni ili dün­ya öl­kə­lə­ri öz adət-ənə­nə­lə­ri­nə uy­ğun, müx­tə­lif şə­kil­də qeyd edir­lər.
Ru­si­ya­da Ye­ni il ən çox se­vi­lən bay­ram­dır. Bay­ra­mın ge­niş qeyd edil­mə ənə­nə­si­nin əsa­sı XVIII əsrdə çar I Pyotr tə­rə­fin­dən qo­yu­lub. Ça­rın əm­rin­də həm də kük­nar ağa­cı­nı bə­zə­mək də öz ək­si­ni tap­mış­dı. İnan­ca gö­rə, süf­rə nə qə­dər do­lu və gö­zəl olar­sa, qar­şı­dan gə­lən il də hə­min əh­val-ru­hiy­yə­də ola­caq. Süf­rə­yə isə quş ətin­dən ha­zır­lan­mış heç nə qo­yul­mur, he­sab edi­lir ki, ev­dən xoş­bəxt­lik uça bi­lər.
Ya­po­ni­ya­da Ye­ni ili ge­cə sa­at 12 ta­mam­da 108 kil­sə zən­gi vur­maq­la qeyd edir­lər. Bu rə­qəm də tə­sa­dü­fi se­çil­mə­yib. Ya­pon­lar he­sab edir­lər ki, hər bir zər­bə in­san hə­ya­tı­nı məhv et­mə­yə qa­dir olan 108 zi­yan­lı eh­ti­ras­dan bi­ri­ni qo­vur. Bu­nun­la da gün­do­ğar öl­kə­nin sa­kin­lə­ri Ye­ni ili tə­miz ruh­la qar­şı­la­yır­lar. Zəng­dən son­ra ha­mı ya­tır, şən­lik isə sə­hə­rə ya­xın baş­la­nır.
Çin­də Ye­ni il ai­lə bay­ra­mı­dır. Ye­ni il ge­cə­si ba­lıq və to­yuq ai­lə bir­li­yi­nin sim­vo­lu ki­mi süf­rə­yə bü­töv şə­kil­də ve­ri­lir. Uzun ma­ka­ron­dan bi­şi­ri­lən ye­mək­lər isə uzun öm­rü sim­vo­li­zə edir. Hət­ta inan­ca gö­rə, bun­la­rı bi­şi­rər­kən kəs­mək uğur­suz­luq gə­ti­rər. Bay­ram ax­şa­mı na­rin­gi və por­ta­ğal­lar əl­dən-ələ ötü­rü­lür. Çin­li­lə­rə gö­rə, na­rin­gi şans, por­ta­ğal isə zən­gin­lik gə­ti­rir.
Fran­sa­da No­el ba­ba Ye­ni il ge­cə­si evin ba­la­ca sa­kin­lə­ri­nin baş­ma­ğı­na hə­diy­yə­lər qo­yur. Bö­yük­lər isə bay­ram gü­nü da­ha çox ye­yib-iç­mək­lə məş­ğul olur­lar.
İn­gi­lis­lər ge­cə sa­at 12-nin bi­rin­ci zər­bə­si­ni vu­ran­da evin ar­xa qa­pı­sı­nı aça­raq köh­nə ili yo­la sa­lır, son zər­bə­si­ni vu­ran­da isə ön qa­pı­nı aça­raq ye­ni ili qar­şı­la­mış olur­lar. Hər kəs kar­na­val şən­lik­lə­ri­nə qo­şu­lur, San­ta Klaus isə uşaq­la­ra bay­ram hə­diy­yə­lə­ri gə­ti­rir.
Al­ma­ni­ya­da Ye­ni il­də ai­lə­lər, qo­hum-əq­rə­ba­lar bir süf­rə ət­ra­fı­na yı­ğı­lıb bay­ra­mın əsas şir­niy­ya­tı sa­yı­lan “Leb­ku­hen” kiş­miş­li tor­tu­nu da­dır və bir-bir­lə­ri­nə hə­diy­yə­lər ba­ğış­la­yır­lar. Ye­ni il ge­cə­si sa­at 12-də isə al­man­lar ovuc­la­rın­da me­tal pul sı­xa­raq atı­lıb-dü­şür­lər. İna­nır­lar ki, bu­nu et­sə­lər, Ye­ni il da­ha bə­rə­kət­li ola­caq.
A­me­ri­ka­da sa­at 12 ta­ma­mı gös­tə­rən­də in­san­lar bir-bi­ri­ni qu­caq­la­yıb öpür­lər. Sü­kan ar­xa­sın­da olan­lar ma­şı­nın siq­nal­la­rı­nı ba­sa­raq Ye­ni ilin gə­li­şi­ni qeyd edir­lər. Bay­ram süf­rə­si­ni no­xud­dan ha­zır­lan­mış ye­mək­lər­lə bə­zə­yir­lər. Bu­nun on­la­ra uğur və xoş­bəxt­lik gə­ti­rə­cə­yi­nə ina­nır­lar.
İ­ta­li­ya­da Ye­ni il bay­ra­mı ərə­fə­sin­də pən­cə­rə­lər­dən köh­nə ev əş­ya­la­rı­nı ye­rə atır­lar. İtal­yan­la­ra gö­rə, Ye­ni ilin as­ta­na­sın­da bü­tün pis fi­kir­lər­dən və köh­nə əş­ya­lar­dan xi­las ol­maq la­zım­dır. Bu öl­kə­də uşaq­la­rın Şax­ta ba­ba­la­rı yox, Şax­ta nə­nə­lə­ri var. İta­li­ya­da Ye­ni ili bərk­dən qış­qı­ra­raq qar­şı­la­maq adə­ti var. Uca­dan da­nış­maq ital­yan­lar üçün adi hal ol­sa da, bay­ram ge­cə­si on­lar öz səs­lə­ri­nə tam sər­bəst­lik ve­rir­lər.

Sə­bi­nə Əli­ba­la­qı­zı